Deputatdan İqtisadiyyat Nazirliyinə ÇAĞIRIŞ – “Dərmanlarda vahid qiymət formalaşsın”

Hazırda oxunan: Deputatdan İqtisadiyyat Nazirliyinə ÇAĞIRIŞ – “Dərmanlarda vahid qiymət formalaşsın”

65481

Dərmanların satış qiymətlərində özbaşnalıq hökm sürür. Eyni dərman preparatı müxtəlif ərazilərdə yerləşən apteklərdə fərqli qiymətlərə təklif olunur. Bu durum xeyli dərman vasitələrində müşahidə olunur. 

Bəzi ekspertlər bunu apteklərin yerləşdiyi ərazi və obyektin kirayə haqqı ilə əlaqaləndirirlər.

Bəziləri isə süni qiymət artımının bilərəkdən yol verilməsində dövlət qurumlarını nəzarətsizlikdə günahlandırırlar. Rəsmi qurumlar isə apteklərdə eyni dərman preparatları arasındakı fərqin səbəbini həmin dərmanın hansı ölkədən gətirilməsi ilə əlaqələndirirlər. Dediklərinə görə istehsalçı ölkənin qiymətləri fərqlidir və eyni tərkib olsa belə, qiymətlərin fərqli olması normaldır.

Halbuki eyni dərman vasitələri ilə bağlı qiymətlərin fərqli olması insanların cibinə təsir edir və hətta bu fərq müqayisəolunacaq dərəcədə özünü göstərir. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəkər xəstələrinə pulsuz dərman niyə verilmir? - VİDEO


Problem isə birdəfəlik yoluna qoyulmur. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədovun sözlərinə görə qiymətlər Tarif Şurasının tövsiyyə etdiyi qiymətlərə uyğun olmalıdır:

“Yerindən asılı olsa belə, bu fərq çox cüzi olmalıdır. Bütün ölkə üzrə Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlər olmalıdır. Yəni, yanaşma bu cür olmalıdır. Bütün dərmanlar qeydiyyatdan keçdikdən sonra ona uyğun olaraq Tarif Şurası qiymət müəyyənləşdirir. O qiymətlərdə isə ciddi yayınmalar olmamalıdır.

Ola bilsin ki, daşınma xərci ilə əlaqədar ölkənin hansısa bölgəsində qiymət bir qədər fərqlidir. Amma bu da çox cüzi olmalıdır. Ümumiyyətlə strateji məqsəd də ondan ibarətdir ki, ölkə üzrə vahid qiymət formalaşmalıdır”.


Deputat qeyd edib ki, İqtisadiyyat Nazirliyi eyni dərman vasitələrində müşahidə edilən ciddi qiymət fərqi ilə bağlı monitorinqlər həyata keçirməli, nəzarət funksiyasını artırmalı və aşkarlanan bu cür hallara qarşı mübarizə aparmalıdır. 

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin