“Bu gün oğlumun tədbiri var idi. Onun təbii ehtiyacı gələndə heç kimdən ayaqyolunun yerini soruşmadım. Çünki yuxarı mərtəbəyə qədər qoxusu yayılırdı. Aşağı düşəndə qoxu artdı və asanlıqla tapdıq”.
Bu sözləri sosial şəbəkə hesabında telejurnalist Cəlalə Nəzəroğlu yazıb.
O, mədəniyyət mərkəzində rastlaşdığı “mədəni” vəziyyətə haqqında öz şikayətini bildirib:
“Mədəniyyət elə ən birinci təmizlikdən başlayır. Görəsən, nə hikmətdir ki, ölkədə olan dövlət müəssisələrinin, o cümlədən, orta və ali məktəblərin ayaqyollarında eyni üfunət dolu mənzərə var. Ayaqyoluna qarşı belə barmaqarası münasibət nədən qaynaqlanır? Görəsən, o “mədəniyyət” mərkəzinə məsul olanların təmizlik mədəniyyəti haqqında anlayışı necədir? Özləri istifadə edirlərmi? Yoxsa bəzi yerlərdə olduğu kimi, burada da xüsusi “mühafizə olunan”, açarla açılıb-bağlanan ayaqyolu var?”
Cəlalə Nəzəroğlu həmçinin qeyd edir ki, pandemiya bitsə də, bu gedişlə digər xəstəliklər yayıla bilər:
“Hər şeyi dövlətdən gözləmək olmaz! Dövlət belə mərkəzlərin saxlanılmasına ildə milyonlarla manat vəsait ayırır. Daha bilmir ki, ən vacib məsələ belə gözardı edilir. Pandemiya kəsilər, amma belə mikrob yuvası olan yerlərdən yayılan xəstəliklər heç vaxt kəsilməz”.
Mövcud vəziyyətlə bağlı Abşeron rayon Mədəniyyət Mərkəzi ilə əlaqə saxlamağa çalışdıq. Lakin əlaqə nömrələrinin hər ikisindən də cavab ala bilmədik. Ümid edək ki, aidiyyatı qurumlar qeyd olunan problemləri nəzarətə götürüb, ürəkbulandıran mənzərələrə son qoyacaq.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:55 / 18.03.2022
Abşeron rayon Mədəniyyət Mərkəzində ÜFUNƏT YIĞINAĞI: “Yuxarılara qədər qoxusu yayılır...” - VİDEO
Hazırda oxunan: Abşeron rayon Mədəniyyət Mərkəzində ÜFUNƏT YIĞINAĞI: “Yuxarılara qədər qoxusu yayılır...” - VİDEO
Hazırda oxunan: Abşeron rayon Mədəniyyət Mərkəzində ÜFUNƏT YIĞINAĞI: “Yuxarılara qədər qoxusu yayılır...” - VİDEO
65447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.