Qasım Süleymaninin sui-qəsdində 48 nəfər günahlandırılır

Hazırda oxunan: Qasım Süleymaninin sui-qəsdində 48 nəfər günahlandırılır

6540

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı, general Qasım Süleymaninin ölümündə təqsirləndirilənlərin sayı 48 nəfərə çatıb.

Bizim.Media bildirir ki, bu barədə xalq qərargahının rəsmi nümayəndəsi Hüseyin Əmir-Abdollahia açıqlama verib.

O qeyd edib ki, yaxın gələcəkdə Süleymaninin öldürülməsi ilə bağlı məhkəmə qərarı olacağına ümid edir və İran məhkəmə sistemi bu məsələləri ciddi şəkildə izləyir.

Rəsmi nümayəndənin sözlərinə görə, generalın qətlinə cavabdeh olan amerikalıların sayı 45 nəfərdən 48 nəfərə yüksəlib.

Xatırladaq ki, yanvar ayında Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində SEPAH-ın “Qüds” briqadasının komandanı, general Qasim Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.(apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin