2020-ci ilin dekabr ayından artıq 270 nəfər müharibə əlili yüksək texnologiyalı 285 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib.
Bizim.Media xəbər verir ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində daha bir qrup müharibə əlili yüksək texnologiyalı müasir 4-cü nəsil protezlər təqdim edilib.
Tədbirdə qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabr ayından müharibə əlillərinin yüksək texnologiyalı müasir protezlərlə təminatına başlanıb.
Ötən dövrdə 270 nəfər müharibə əlili yüksək texnologiyalı 285 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib.
Onlardan 82 nəfəri I Qarabağ müharibəsi və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əliliyi olan şəxslərdir ki, 87 ədəd müasir potezlərlə təmin olunublar.
188 nəfəri isə 44 günlük Vətən müharibəsinin qazisidir və həmin şəxslərə 198 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protez verilib. Ümumilikdə, Vətən müharibəsi qazilərinin protezlə təminat prosesi yekunlaşmaq üzrədir.
Təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir.
Həmin protezlər istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:39 / 17.03.2022
Bir qrup qaziyə yüksək texnologiyalı protezlər verildi - FOTO
Hazırda oxunan: Bir qrup qaziyə yüksək texnologiyalı protezlər verildi - FOTO
Hazırda oxunan: Bir qrup qaziyə yüksək texnologiyalı protezlər verildi - FOTO
65376
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.