Elxan Məmmədov yeni baş katib təyinatından danışdı: “Futbol ailəsinə yad sima deyil”

Hazırda oxunan: Elxan Məmmədov yeni baş katib təyinatından danışdı: “Futbol ailəsinə yad sima deyil”

65358

"Sadəcə, şəxsən mənim üçün sevindirici bir məqamı qeyd etmək istəyirəm ki, bu gün İcraiyyə Komitəsinin etimad göstərdiyi baş katib AFFA-nın daxilində püxtələşmiş kadrdır, addım-addım, pillə-pillə irəliləyib və bu illər ərzində müxtəlif tədbirlərdə, turnirlərdə zəruri təcrübəni toplayıb".

Bizim.Media xəbər verir ki, bunu AFFA-nın icraçı prezidenti Elxan Məmmədov Sərxan Hacıyevin milli assosiasiyanın baş katibi təyin edilməsi barədə danışarkən deyib.

O, Hacıyevlə birlikdə fəaliyyətini davam etdirəcəyi üçün şad olduğunu bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Elxan Məmmədov FİFA prezidenti ilə görüşdü - FOTO


"Ona uğurlar arzulayıram və ümidvaram ki, bugünkü müvafiq qərar Azərbaycan futbolunun inkişafına, AFFA-nın simasında ölkəmizin futbol institutunun bəlli struktur əsasında idarə olunmasına öz töhfəsini verəcək".

E.Məmmədovun sözlərinə görə, Baş katib vəzifəsinin həvalə olunduğu Sərxan Hacıyev AFFA-ya və Azərbaycan futbol ailəsinə yad sima deyil, futbol ictimaiyyətində tanınan şəxsdir:

"O, 2009-cu ildən AFFA-da mütəxəssis vəzifəsində çalışmağa başlayıb. Ardınca Beynəlxalq əlaqələr şöbəsinin müdiri, sonra isə – 2012-ci ildən bu günə qədər baş katibin müavini vəzifəsində işləyib. Sərxan Hacıyevin təcümeyi-halı AFFA-nın saytında yerləşdirilib, çox da təfərrüata varmaq istəmirəm" (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin