“NATO Ukraynanın tərəfindədir, lakin…” – Şolts 

Hazırda oxunan: “NATO Ukraynanın tərəfindədir, lakin…” – Şolts 

65323

Şimali Atlantika Alyansı Ukraynadakı münaqişəyə hərbi müdaxilə etməyəcək, lakin Qərb bu ölkəyə maliyyə və humanitar dəstək verməklə yanaşı, orada “hərbi mallar” tədarükünü davam etdirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Almaniya kansleri Moskvaya gəlir - Putinlə danışıqlar aparacaq


"Biz Ukraynanın tərəfindəyik. Lakin bir şeyi aydın və birmənalı şəkildə qeyd etmək lazımdır: NATO-dan heç bir hərbi müdaxilə olmayacaq. Silahları mümkün qədər tez susdurmaq üçün hər şeyi etməliyik ", - deyə Şolz qeyd edib.

O, həmçinin Berlinin Kiyevə dəstəyini davam etdirəcəyini qeyd edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin