Vəkillər Kollegiyasının daha bir üzvü koronavirusdan dünyasını dəyişdi

Hazırda oxunan: Vəkillər Kollegiyasının daha bir üzvü koronavirusdan dünyasını dəyişdi

6531

Vəkillər Kollegiyasının daha bir üzvü - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Hidayət Məmmədov Covid-19 virusundan vəfat edib.

Bu barədə Vəkillər Kollegiyası öz feysbuk hesabında məlumat paylaşıb.

“Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhum vəkilin yaxınlarına dərin hüznlə başsağlığı verir və onlara Allahdan səbr diləyir”, - paylaşımda deyilir.

Xatırladaq ki, son bir ayda Vəkillər Kollegiyasının üzvləri - Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin