ABŞ-ın Xarkovdakı gizli layihəsi ilə bağlı faktlar ÜZƏ ÇIXDI - Rusiyanın tapdığı sənədlərdə nələr yazılıb?  

Hazırda oxunan: ABŞ-ın Xarkovdakı gizli layihəsi ilə bağlı faktlar ÜZƏ ÇIXDI - Rusiyanın tapdığı sənədlərdə nələr yazılıb?  

65274

“Xarkovdakı laboratoriyalarda ABŞ-ın nəzarəti altında yarasalar vasitəsilə xəstəliklərin insanlara ötürülməsi yollarını öyrənmək üçün gizli layihə həyata keçirilirdi”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov keçirdiyi brifinqdə bildirib.

“Rusiya Müdafiə Nazirliyi ABŞ və onun NATO müttəfiqləri tərəfindən Ukrayna ərazisində hərbi bioloji proqramların həyata keçirilməsi ilə bağlı Ukrayna laboratoriyalarının əməkdaşlarından alınan sənədlərin öyrənilməsini davam etdirir.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-ın hansı postsovet ölkələrində hərbi bioloji laboratoriyaları var? – SİYAHI


Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin mütəxəssisləri Xarkovdakı gizli layihənin həyata keçirilməsinin təfərrüatlarını üzə çıxaran orijinal sənədləri öyrəniblər. Sənədlərə əsasən, bu tədqiqatlar Xarkovda sistemli əsasda və uzun illər ABŞ-dan olan mütəxəssislərin birbaşa nəzarəti altında aparılıb”, - deyə Konaşenkov qeyd edib.

"Amerika layihəsi çərçivəsində Xarkov Baytarlıq İnstitutu yüksək patogenli quş qripinin ötürülməsi üçün daşıyıcı kimi vəhşi quşları tədqiq edib. Eyni zamanda, yoluxma proseslərinin idarəolunmaz hala gəlməsi, iqtisadi ziyana səbəb ola biləcəyi şərtlər qiymətləndirilib”, - deyə general əlavə edib.

Xatırladaq ki, Rusiya XİN başçısı Mariya Zaxarova ABŞ-ı Ukraynada bioloji silah yaratmaqda ittiham etmişdi. Ağ ev sözçüsü Cen Psaki isə ittihamları rədd etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin