Bizim.Media moderator.az-a istinadən məlumat veri ki, Niderlanddakı Eyndhoven Texnologiya Universitetində fəaliyyət göstərən müsəlman xanım və komandası yenilikçi silikon araşdırmalarına görə “Physics World 2020” - “İlin uğuru” mükafatına laiq görülüb. 
Bu haqda Misirin “CairoScene” nəşri məlumat yayıb. Mükafatı Alen Deykstra və Erik Bakkers ilə birlikdə Tətbiqi Fizika üzrə elmlər doktoru Misir əsilli xanım Elham Fadali qazanıb. O, Almaniyadakı Fridrix Şiller adına Yen Universitetindən Yens Rene Sukert və beynəlxalq işçi qrupu ilə birgə uzun müddət idi ki, slikon əsaslı materiallar üzərində araşdırmalar aparırdı. 
Silikon əsaslı yeni materiallar optik telekomunikasiya və hesablama sahələrində və kimyəvi sensorların yaradılması üçün istifadə ediləcək.
"Telekommunikasiya dalğa uzunluqlarında işıq saçan silikon əsaslı material yaradaraq Bekkers komandası yeni tip silikon qurğularının dünyasını açdı" - deyə “Physics World” (“Fizika Dünyası”) jurnalının münsiflər heyətinin üzvü və redaktoru Hemiş Conston vurğulayıb.
“Physics World” İngiltərədəki məşhur Fizika İnstitutunun nəşridir. Jurnal hər il yeni fizika sahəsindəki yeni kəşflərə görə “İlin uğuru” mükafatını təqdim edir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
							09:58 / 27.12.2020
							
						Müsəlman fizik xanım – “İlin uğuru” mükafatına laiq görüldü - FOTO
						
							
								Hazırda oxunan: Müsəlman fizik xanım – “İlin uğuru” mükafatına laiq görüldü - FOTO							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Müsəlman fizik xanım – “İlin uğuru” mükafatına laiq görüldü - FOTO							
						6508
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































