BMT 15 martı İslamofobiya ilə Mübarizə Günü ELAN ETDİ

Hazırda oxunan: BMT 15 martı İslamofobiya ilə Mübarizə Günü ELAN ETDİ

65026

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi təyin edən qətnaməni təsdiqləyib. 

Bizim.Media “Washington Post”a istinadən xəbər verir ki, Baş Assambleyanın 193 üzvü Pakistanın təklif etdiyi qətnamə layihəsinin lehinə səs verib. 

Qətnamədə insan hüquqlarına və dini fərqliliklərə hörmətə əsaslanan sülh və tolerantlığın təşviqi üçün beynəlxalq səylərin artırılması tövsiyə olunur. 

Sənəddə bütün ölkələri, BMT orqanlarını, beynəlxalq və regional təşkilatları, vətəndaş cəmiyyətini, özəl sektoru və inanc əsaslı təşkilatları “İslamofobiya ilə mübarizə haqqında məlumatlılığın effektiv şəkildə artırılmasına yönəlmiş müxtəlif tədbirlərin təşkil edilməsi və dəstəklənməsi” istənilir. 

Qətnamə tövsiyə xarakteri daşıyır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin