Xorvatiya Futbol İttifaqı millinin futbolçusu Deyan Lovrenin Rusiyaya qayıtmasını istəmir.
Bizim.Media xəbər verir ki, “Zenit”in müdafiəçisi yığma komandanın oyunlarından sonra Sankt-Peterburqa qayıtmağı planlaşdırsa da, Xorvatiya Futbol İttifaqının güclü təzyiqi altındadır.
Qurum rəhbərliyi hesab edir ki, Xorvatiya millisinin futbolçusu Rusiya klubu ilə müqaviləni dayandırmalıdır.
Xatırladaq ki, Rusiya qoşunlarının fevralın 24-də Ukraynaya hücuma keçməsindən sonra bu ölkəyə qarşı bir çox sanksiyalar tətbiq edilib.
Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizim.Media
- A-
- A
- A+
Region
20:19 / 15.03.2022
Lovrendən “Zenit”lə müqaviləni pozması tələb edildi
Hazırda oxunan: Lovrendən “Zenit”lə müqaviləni pozması tələb edildi
Hazırda oxunan: Lovrendən “Zenit”lə müqaviləni pozması tələb edildi
64986
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.