Azərbaycanda kimlər 3 min manat maaş alır? - SİYAHI

Hazırda oxunan: Azərbaycanda kimlər 3 min manat maaş alır? - SİYAHI

64821

2022-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,9 faiz artaraq 765,9 manat olub. 

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, 2022-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1679,1 min nəfər olmuş, onlardan 901,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 778,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,8 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi tikinti, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 13,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Əməkhaqqı neft-qaz sektorunda 2934,5 manat, qeyri neft-qaz sektorunda 723,7 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 709,3 manat, özəl müəssisələrdə isə 832,2 manat olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin