XİN: "Ukraynadan Azərbaycana 7500-dən çox insan təxliyə olunub"

Hazırda oxunan: XİN: "Ukraynadan Azərbaycana 7500-dən çox insan təxliyə olunub"

64781

"Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımız və onların ailə üzvlərinin qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir".

Bu barədə Bizim.Media-ya Xarixi İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, 14 mart 2022-ci il tarixinədək Azərbaycana 7500-dən çox insan təxliyə olunub.

Onlardan 3000 yaxın çarter reysəri, 4500-dən çox insan isə avtobuslarla təxliyə olunub.

"Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən Rumıniyanın Yassi və Buxarest, Polşanın Katoviçe şəhərlərindən indiyədək 15 çarter reysi təşkil olunub.

Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib.
Ukraynadakı vəziyyətlə əlaqədar bu bölkədə daimi və müvəqqəti yaşayan, səfərdə olan soydaşlarımızın, həmçinin şəxsi imkanları hesabına Azərbaycana geri dönüşü həyata keçirilir", - deyə XİN-dən qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin