Qərb cəbhəsinin Rusiyaya tətbiq etdiyi sanksiyaların nəticələrinin Azərbaycana təsirləri müzakirə olunmaqda davam edir. Azərbaycanda yerləşən Rusiya bankları və əmanətçilərin əmanətinin taleyi müzakirə mövzuları sırasındadır.
Bizim.Media-a məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Əkrəm Həsənov qeyd edir ki, həmin banklar hər bir halda Azərbaycan banklarıdır, kapitalları Rusiyaya daxildir:
“Bu banklar Bank VTB və Yelo bankdır. Onlar Azərbaycan bankı olduğu üçün, valyutalaşma əməliyyatlarını əvvəlki kimi icra edəcəklər”.
Əkrəm Həsənov sanksiya altında olan bankın sadəcə Bank VTB olduğunu bildirib:
“Bizim ərazimizdə Bank VTB Azərbaycan var. Yəni, Rusiya bankının törəmə bankıdır. Artıq onun Avropa və ya ABŞ-a dollar və avro ilə valyutalaşma əməliyyatlarında problemlər ola bilər”.
Ekspert Rusiya ilə bank əlaqələrinin fərqli olacağına açıqlıq gətirib:
“Rusiya, keçmiş MDB ölkələri ilə, bir sözlə Rusiyaya qarşı sanksiya tətbiq etməyən ölkələrlə dollar və avro istisna olmaqla, digər valyutalarla əməliyyatlar keçirilə biləcək”.
Mia Quliyeva, Bizim.Media
- A-
- A
- A+
Dünya
09:45 / 15.03.2022
Bank VTB sanksiya altındadır - Azərbaycanda da dollar və avro qəbul etməyəcək
Hazırda oxunan: Bank VTB sanksiya altındadır - Azərbaycanda da dollar və avro qəbul etməyəcək
Hazırda oxunan: Bank VTB sanksiya altındadır - Azərbaycanda da dollar və avro qəbul etməyəcək
64762
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.