27 yaşlı qadının öldürülməsi ilə bağlı ÖZƏL araşdırma

Hazırda oxunan: 27 yaşlı qadının öldürülməsi ilə bağlı ÖZƏL araşdırma

64715

Xəbər verildiyi kimi Xəzər rayonu Binə qəsəbəsi ərazisində 27 yaşlı qadın əri tərəfindən qətlə yetirilib. Hadisə ötən gün baş verib. 1995-ci il təvəllüdlü Ülviyyə Həsənova qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı əri 1987-ci il təvəllüdlü Saməddin Həsənov tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə öldürülüb. 

Bizim.Media baş verən qətl hadisəsinin təfərrüatlarını araşdırıb. 

Hadisə barədə saytımıza açıqlama verən Binə qəsəbə ərazi nümayəndəsi Ərəstun Əlisoy informasiya verib:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda ölümlə nəticələnən QISQANCLIQ - Ər arvadını qətlə yetirdi


“Həmin ailə Binə qəsəbəsində deyil, Suraxanı inzibati dairəsində yaşayırdılar. O ailədə dəfələrlə münaqişə olduğundan qətlə yetirilən azyaşlıları ilə birgə təxminən bir neçə gün əvvəl “Ümid yeri” uşaq sığınacağına yerləşmişdi. Səbəb qısqanclıq səbəbindən olub. Hər halda bizə elə məlumat verilib. Ər-arvad yola getmirdilər. Ailənin iki azyaşlı övladı var”, - deyə Ərəstun Əlisoy qeyd edib. 

Qeyd edək ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Saməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin