Lazımi infrastruktur qurularsa, Azərbaycan və İran arasında tranzit sahəsində yeni imkanlar yaranacaq.
Bizim.Media xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Tehranda keçirilən mətbuat konfransında deyib.
S.Xətibzadənin sözlərinə görə, ötən bir neçə ay ərzində iki ölkə arasında əlaqələr daha da intensivləşib. "Nəticədə birgə komissiyanın iclası təşkil olunub və sənəd imzalanıb", - deyə Xətibzadə qeyd edib.
O əlavə edib ki, ötən 30 il ərzində Azərbaycan vətəndaşları Naxçıvana gedib-gəlmək üçün Biləsuvar sərhəd-keçid məntəqəsindən keçməklə İran ərazisindən istifadə edirdilər:
"Müharibə başa çatdıqdan sonra daha yaxın məntəqədən istifadə etməklə İran ərazisindən keçmək məsələsi irəli sürülüb".
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:52 / 14.03.2022
Azərbaycanla İran arasında YENİ İMKANLAR - Müharibə başa çatdıqdan sonra...
Hazırda oxunan: Azərbaycanla İran arasında YENİ İMKANLAR - Müharibə başa çatdıqdan sonra...
Hazırda oxunan: Azərbaycanla İran arasında YENİ İMKANLAR - Müharibə başa çatdıqdan sonra...
64661
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.