Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.
Bizim.Media xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, cinayət işi üzrə adı keçən bir neçə şahid məhkəməyə gəlməyib.
Məhkəmənin növbəti iclası martın 18-nə təyin edilib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
V.Hacıyev külli miqdarda mənimsəmə və ya israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət, və vəzifə saxtakarlığında ittiham edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:37 / 14.03.2022
Vilyam Hacıyevin məhkəməsi təxirə salındı
Hazırda oxunan: Vilyam Hacıyevin məhkəməsi təxirə salındı
Hazırda oxunan: Vilyam Hacıyevin məhkəməsi təxirə salındı
64636
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.