Türkmənistan MSK rəhbəri prezident seçkisi ilə bağlı brifinq keçirdi

Hazırda oxunan: Türkmənistan MSK rəhbəri prezident seçkisi ilə bağlı brifinq keçirdi

64591

Bazar günü Türkmənistan MSK rəhbəri martın 12-də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticələri ilə bağlı brifinq keçirib.

Bizim.Media xəbər verir ki, tədbir xarici və milli KİV nümayəndələrinin, beynəlxalq müşahidəçilərin iştirakı ilə baş tutub.

Mərkəzi Seçki Komissiyasının sədri Gülmirat Muradov seçkilərin yüksək seçici fəallığı ilə, geniş alternativ, demokratiya və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edib.

Ən yüksək dövlət postuna səs üçün üç partiyadan və vətəndaşların təşəbbüs qrupundan 9 namizəd olub.

MSK-nın internet saytında ölkə üzrə seçki məntəqələrindən onlayn səsvermə yayımlanıb.

Səsvermənin gedişini 2726 milli, MDB, ŞƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatından, bir sıra ölkələrdən 75 beynəlxalq və xarici müşahidəçi izləyib. 

Prezident seçkilərini Türkmənistanda akkreditə olunmuş xarici KİV nümayəndələri, habelə onların müraciətləri əsasında ölkəyə dəvət əsasında gəlmiş xarici jurnalistlər işıqlandırıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin