Lənkərana avtomobillə toya gələn Göyçay sakini qəzada ölüb, daha bir nəfər ağır xəsarət alıb.
Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Boradigah yolunun Separadi kəndi ərazisində baş verib.
“Hyundai” markalı avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində Göyçay rayon sakini, 2002-ci il təvəllüdlü Elmir Qurbanov və həmyerlisi 2004-cü il təvəllüdlü Cavid Salahlı ağır bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən E.Qurbanov yolda keçinib.
C.Salahlı isə reanimasiya şöbəsinə yerləşdirilib. İlkin məlumata görə, Göyçay sakinləri Lənkərana toy mərasimində iştirak etmək üçün gəlibmişlər. Hadisənin baş verməsinə çiskinli hava şəraitində sürətin düzgün seçilmədiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:52 / 13.03.2022
Lənkəranda avtomobil yoldan çıxaraq ağaca çırpıldı: 1 ölü, 1 yaralı var
Hazırda oxunan: Lənkəranda avtomobil yoldan çıxaraq ağaca çırpıldı: 1 ölü, 1 yaralı var
Hazırda oxunan: Lənkəranda avtomobil yoldan çıxaraq ağaca çırpıldı: 1 ölü, 1 yaralı var
64590
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.