Fransa çempionatının 28-ci turunun ev matçı başlamazdan əvvəl PSJ azarkeşləri komandanın futbolçularını fitə basıblar.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Adrian Qrinye “Twitter” səhifəsində məlumat verib.
Hücumçular Lionel Messi və Neymarın daha fəal şəkildə fitə basıldığı bildirilib. Həmin futbolçuların matç zamanı topa hər toxunuşu oxşar reaksiya doğurub. PSJ azarkeşlərindən alqış alan yeganə futbolçu isə hücumçu Kilian Mbappe olub.
Qeyd edək ki, Messi bu mövsüm PSJ-nin heyətində 18 liqa oyununda iştirak edib. Onun iki qolu və on məhsuldar ötürməsi var. Neymar 14 görüşdə 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Mbappe isə 25 oyunda 15 qol vurub və komanda yoldaşlarına 15 dəfə assistentlik edib.
Bizim.Media
Kylian Mbappé seul joueur du PSG non sifflé à l’annonce de la compo. Messi et Neymar particulièrement sifflés.
— Hadrien Grenier (@hadrien_grenier) March 13, 2022