Bakıda keçirilən dünya çempionatının təntənəli bağlanış mərasimi oldu

Hazırda oxunan: Bakıda keçirilən dünya çempionatının təntənəli bağlanış mərasimi oldu

64562

Martın 13-də Bakıda akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının təntənəli bağlanış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə iştirakçı ölkələrin paradı olub.

Bağlanış mərasimində çıxış edən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe qlobal pandemiyaya və sülh böhranına baxmayaraq, yarışda iştirak edən idmançılara və rəsmilərə təşəkkürünü bildirib.

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə FIG bayrağını M.Vatanabeyə təqdim edib. M.Vatanabe isə bayrağı İsrail Gimnastika Federasiyasının rəsmisi Zina Harrisə verib.

Gimnastların iştirakı ilə hazırlanan “Metaverse” adlı şou proqramla dünya çempionatına yekun vurulub.

Dünya çempionatında 17 ölkədən 170 gimnast iştirak edib. Dörd gün davam edən yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış ediblər.

Azərbaycan komandası dünya çempionatını 3 medalla başa vurub.

Belə ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz qarışıq və temp hərəkətlərində bürünc, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz isə temp hərəkətində gümüş medal qazanıblar.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin