PSJ klubunun prezidenti ilə bağlı DOHADA qərar verildi

Hazırda oxunan: PSJ klubunun prezidenti ilə bağlı DOHADA qərar verildi

64527

Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi ilə bağlı qərar verilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RMC Sport” nəşri yayıb.

Mənbə yazır ki, İspaniyada "Real Madrid"ə 1:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan dərhal sonra Qətərin paytaxtı Dohaya uçan iş adamı klub rəhbərliyi ilə görüşüb.

Hələlik 49 yaşlı funksionerin vəzifəsində qalacağı bildirilib. Rəhbərlik hesab edir ki, komandanın avrokuboklarda mübarizəni dayandırmasına görə əsas məsuliyyəti Əl-Xəlaifi daşımamalıdır. Çünki klub son illərdə onun rəhbərliyi altında əhəmiyyətli irəliləyişlər əldə edib.

Qeyd edək ki, Nasser Əl-Xəlaifi 2011-ci ildən PSJ-nin prezidenti vəzifəsini tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin