Hikmət Hacıyev: "Avropa Parlamentinin qətnaməsi dezinformasiyaya əsaslanır"

Hazırda oxunan: Hikmət Hacıyev: "Avropa Parlamentinin qətnaməsi dezinformasiyaya əsaslanır"

64449

“Biz 44 günlük müharibədə çoxlu dezinformasiyalar gördük”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

“Ermənistan Azərbaycanda muzdluların olduğunu iddia edirdi. Biz sübut istəyəndə bir söz deyə bilmədilər. Saxta xəbərlər təkcə mediada yox, siyasətdə də olur. Dünən Avropa Parlamentinin qəbul etdiyi qətnamə də dezinformasiyaya əsaslanır. Kontrsuallarla bunu müəyyənləşdirmək mümkündür. Biz səhih xəbəri mümkün qədər tez verməklə dezinformasiyalarla mübarizə aparmalıyıq. Reaksiya bildirməmək çıxış yolu deyil”, - o deyib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin