Trampla tanış olan SSRİ-nin son modeli indi haradadır? - FOTOLAR

Hazırda oxunan: Trampla tanış olan SSRİ-nin son modeli indi haradadır? - FOTOLAR

6441

“Miss SSRİ” müsabiqəsi Sovet İttifaqında cəmi üç dəfə keçirilib: 1989-1991-ci illərdə. Ancaq sonuncusunda artıq "Miss MDB" adlandırılıb. 1990-cı ildə Belarus sakini Mariya Keja qalib olub.

Bizim.Media "Rambler"ə istinadən "Miss SSRİ" adını alan son qızın indi nə işlə məşğul olduğunu izah edir.

Mariya Keja yarışmada qalib gələndə yalnız 17 yaşında idi. Bu səbəbdən qıza beynəlxalq səviyyədə ölkəni təmsil etmək qadağan edilib. Onun yerinə, ikinci yeri tutan moskvalı Yuliya Lemiqova “Miss Dünya” yarışmasına gedib.

Zəfərdən sonra Mariya Keja bir il boyunca Sovet İttifaqını təmsil edərək müxtəlif səyahətlərə çıxıb. Bunlardan biri zamanı Donald Tramp və onun həyat yoldaşı ilə tanış olub.

1991-ci ildə Mariya Keja Almaniyaya yaşamağa gedib və Alman jurnalisti ilə evlənib. Ancaq bir il sonra boşanıblar və qız evə dönüb. 1993-cü ildə yenidən xaricə getməyə çalışıb və Fransada modelliyə başlayıb, lakin karyerası avtomobil qəzasından sonra sona çatıb.

1995-2005-ci illərdə Mariya Keja Fransanın Lancel şirkətində dizayner olaraq çalışıb. 2008-ci ildə özünün çanta markası olan “Maşa Keja”nı yaradıb və dörd il əvvəl Parisdə bir butik açıb.

İndi 47 yaşındadır. Mariya Keja üçüncü dəfə evlənib və bir oğul doğub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin