Yaz yuxusu sindromundan əziyyət çəkənlərin DİQQƏTİNƏ: Çıxış yolunu BU YAZIDAN oxuyun! 

Hazırda oxunan: Yaz yuxusu sindromundan əziyyət çəkənlərin DİQQƏTİNƏ: Çıxış yolunu BU YAZIDAN oxuyun! 

64390

Günəş parlayır, çiçəklər çiçək açır və başqaları yazın gəlişini sevinərək qarşılayır amma siz özünüzü həmişəkindən daha çox yuxulu hiss edirsiniz. 

Bəs bunun səbəbi nədir? 

Bəziləri bunu bahar yorğunluğu və ya bahar sindromu kimi adlandırır. Bu faktiki tibbi və ya psixoloji pozğunluq olmasa da, ilin bu vaxtında həddindən artıq yorğun hiss etməyiniz üçün real səbəblər var. Bura fəsil dəyişkənliyi və mövsümi allergiya da daxil olmaqla, bir çox amillər rol oynayır. 

Eyni zamanda, vücudumuz qışda bizi xarici təhlükələrdən qorumaq üçün daha çox kortizol, stress hormonu istehsal edir. Beləliklə, qışın sonunda özümüzü tez-tez yorğun hiss edir və onun simptomlarıyla birlikdə yaz yorğunluğu sindromu ilə mübarizə aparmalı oluruq. 

Aşağıdakı simptomlar sizdə varsa demək ki, yaz depressiyasından əziyyət çəkirsiniz: 

• Günün çox hissəsini, demək olar ki, hər gün tənbəl, kədərli hiss etmək

• Bir zamanlar həzz aldığınız fəaliyyətlərə marağı itirmək

• Aşağı enerjiyə sahib olmaq və ləng hiss etmək

• Həddindən artıq yuxu problemi

• Karbohidrat istəkləri, həddindən artıq yemək və çəki artımı

• Diqqəti cəmləməkdə çətinlik çəkmək

• Ümidsiz, dəyərsiz və ya günahkar hiss etmək

• Yaşamaq istəməmək kimi düşüncələrə sahib olmaq

Təbii ki, depressiyadan çıxış yolları da var.

Bizim.Media "Mayoclinic.org"a istinadən xəbər verir ki, həyata gümrah qayıtmaq üçün ilk növbədə bədənimiz zəifləmiş müdafiə mexanizmlərini gücləndirməlidir. 

1. Təmiz havada olmağa çalışın. Qışda günəş işığı və hərəkətin olmaması səbəbindən serotonin və dopamin, xoşbəxtlik və motivasiya hormonları və D vitamini əskik olur. Bu hormonları sabit vəziyyətə gətirmək üçün günəşli, açıq havada gəzin, asta qaçışla məşğul olun.

2. Stress yaradan hadisələri, insanları həyatınızdan çıxarın. Əhvalınızı yüksəltmək və xoşbəxtlik hormonunuzu stimullaşdırmaq üçün zövq aldığınız şeylərə daha çox vaxt ayırın.

3. Tez-tez dəyişkən yəni, isti-soyuq temperaturda duş qəbul edin. Bədəninizi temperatur dəyişikliyinə qarşı daha immunitetli etməklə müdafiə sisteminizi gücləndirir.

4. Özünüzü həddindən artıq soyuğa məruz qoymayın. Çöldə günəşli olanda, paltonu dərhal çıxarmaq istəyirsən. Ancaq yaz günəşinin bu hiyləsinə  qapılmayın. Hava o qədər də isti olmaya bilər. 

5. Bol meyvə-tərəvəzlərdən istifadə edin. Ağır yeməklərdən qaçmağa çalışın.

6. Fikirlərinizlə orqanizminizi sinxronlaşdırmaq üçün görəcəyiniz işlərin əvvəlcədən cədvəlini qurun.

7. Yorğun hiss etdiyiniz zaman istirahətə laqeyd yanaşmayın. Mümkünsə, gün ərzində 20 dəqiqə yatın.
Həmçinin unutmayın ki, həyatımızda və ya ətraf mühitdə baş verən hər hansı bir dəyişiklik sizə də yansaya, stresə səbəb ola bilər. Bu dövrlərdə özünüzə qarşı səbirli olmağa çalışın. Sağlam qidalanmağı, arada bir sürəti azaltmağı və enerji batareyalarınızı doldurmağı heç vaxt unutmayın.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin