Ukrayna səfirindən Azərbaycana TƏŞƏKKÜR – “Yardım yüzlərlə insanın həyatını xilas edəcək” 

Hazırda oxunan: Ukrayna səfirindən Azərbaycana TƏŞƏKKÜR – “Yardım yüzlərlə insanın həyatını xilas edəcək” 

64378

“Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə, bütün Azərbaycan xalqına belə ağır dövrdə Ukraynaya yardım göstərdiyinə görə təşəkkürümü bildirirəm”. 

Bizim.Media xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski söyləyib. 

O deyib ki, göndərilən humanitar yardım hazırda atəş altında qalan yüzlərlə dinc sakinin həyatını xilas edəcək: 

“Bizə məhz bunlar lazımdır: medicament, tibbi avadanlıq, məhsul. Biz sadəcə strateji tərəfdaş deyilik, həm də dostuq. Artıq 17-ci gündür ki, Ukrayna Rusiyaya qarşı müharibə aparır. Düşmən faktiki olaraq Suriya ssenarisinə keçib.
Onlar Ukrayna şəhərlərini yerləbir etmək istəyir, onları Ağdamın vəziyyətinə salmaq istəyirlər. Lakin, necə deyərlər, maskalar cırılıb. Bu günədək ən çox dinc əhali əziyyət çəksə də - bu faktiki soyqırımıdır – düşmən Ukraynanın məğlub edilməsinin mümkünsüzlüyünü gördü. Ukrayna xalqı, Prezidenti, Silahlı Qüvvələri Rusiya ordusunun məğlubedilməzliyi əfsanəsini puça çıxardıb”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin