Hər gün demək olar ki, maddi ehtiyaclarımızı qarşılamaq üçün müxtəlif alış-veriş yerlərinə, mağazalara üz tutmalı oluruq. Lakin ərzaq alarkən bir çox insan onun istehlak müddətinə nəzər yetirmir və nəticədə problemlər bundan sonra başlayır.
Bu hadisəni yaşayan şikayətçi Nicat Mayılov qeyd edir ki, 2 gün öncə Bazarstore'dan bir yeyinti məhsulu alıb və evə gəldikdə aldığı məhsulun istifadə müddətinin 5 ay öncə bitdiyini görüb.
Bu vəziyyətdə müştəri nə edə bilər?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya mövcud qanunvericiliklə zərərçəkən istehlakçının nə etməli olduğunu açıqlayıb:
"Mövcud qanunvericiliyə görə, istehlakçı aldığı məhsulu geri qaytarıb pulunu geri ala bilər. Yenidən bir məhsul və ya geri ödəmə tələb edərkən mağazaya yalnız müddəti bitmiş məhsulu deyil, həm də qəbz verilməlidir. Çeki atmış olsanız, şahidlər, kamera görüntüləri köməyinizə gələ bilər. Lakin burada istehlakçı mütləq mağaza rəhbərliyinə bu haqda məlumat verməlidir. Zərərçəkən istehlakçı həmin vaxtı keçmiş məhsul partiyalarının satışdan çıxarılmasını tələb edə bilər".
Eyyub Hüseynov təzminat məsələlərinə də aydınlıq gətirib:
"Əgər vətəndaş Qida Təhlükəsizliyi Agentliyinin 1003 nömrəli qaynar xəttinə məlumat verərsə, həmin dükanı bir məhsula görə 1500 manat məbləğində cərimə gözləyir. Üstəlik malların hər birinin üzərində istehlak müddəti göstərilməlidir. Qaldı ki, təzminat məsələsinə əgər vətəndaş həmin məhsuldan istifadə edib zəhərlənməyibsə, təzminat tələb etməsi haqqında qanunvericiliklə heç bir məsələ yoxdur".
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:30 / 12.03.2022
Mağazadan vaxtı keçmiş məhsul alanlar nə etməlidir? – Bilmirsinizsə, sizi 1500 manat CƏRİMƏ GÖZLƏYİR
Hazırda oxunan: Mağazadan vaxtı keçmiş məhsul alanlar nə etməlidir? – Bilmirsinizsə, sizi 1500 manat CƏRİMƏ GÖZLƏYİR
Hazırda oxunan: Mağazadan vaxtı keçmiş məhsul alanlar nə etməlidir? – Bilmirsinizsə, sizi 1500 manat CƏRİMƏ GÖZLƏYİR
64371
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.