Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ən fəal dövlət müəssisəsi kimi təltif olunub.
Bizim.Media-nın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində “MG Consulting” MMC tərəfindən Onlayn İctimai Nəzarət Platforması layihəsinin 3-cü rüb yekunlarına dair dəyirmi masa keçirilib.
Dövlət orqanlarının, mətbuatın, beynəlxalq təşkilatların və QHT nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə layihənin icrası ilə əlaqədar problemlər, həllini tapmış və tapmamış məsələlər müzakirə edilib.
Üçüncü rübün nəticələrinə görə Onlayn İctimai Nəzarət Platformasında vətəndaşların müraciətlərini operativ şəkildə həll etdiyi üçün “Azəriqaz” İstehsalat Birliyi ən fəal dövlət müəssisəsi kimi təltif olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
01:22 / 12.03.2022
USAID “Azəriqaz”ı təltif etdi - FOTO
Hazırda oxunan: USAID “Azəriqaz”ı təltif etdi - FOTO
Hazırda oxunan: USAID “Azəriqaz”ı təltif etdi - FOTO
64350
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.