Azərbaycan Mərkəzi Bank (AMB) ölkədə “qara bazar” ilə əlaqədar açıqlama yayıb.
Bizim.Media-nın məlumatına görə, AMB valyuta satışı üzrə “qara bazar”ın fəaliyyət göstərməsi ilə bağlı ictimaiyyətdə yayılan yanlış fikirlərə cavab olaraq bildirib ki, Bank qanunvericiliklə nəzərdə tutulmuş qaydada valyuta mübadiləsi fəaliyyəti üzrə lisenziyaya malik olan banklar və valyuta mübadiləsi məntəqələri üzərində nəzarəti həyata keçirir.
“Müvafiq lisenziya olmadan valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunvericiliyin tələblərinə ziddir və bu fəaliyyətin qarşısının alınması səlahiyyətli orqanlar tərəfindən təmin edilir”,- deyə açıqlamada qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:08 / 26.12.2020
AMB ''qara bazar''la bağlı açıqlama verdi
Hazırda oxunan: AMB ''qara bazar''la bağlı açıqlama verdi
Hazırda oxunan: AMB ''qara bazar''la bağlı açıqlama verdi
6435
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.