Ceyhun Bayramov Avropa İttifaqının Komissarı ilə görüşdü

Hazırda oxunan: Ceyhun Bayramov Avropa İttifaqının Komissarı ilə görüşdü

64334

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.

Bu barədə Bizim.Media Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov qırğızıstanlı həmkarı ilə görüşdü


Görüşdə nazir Ceyhun Bayramov, bölgədə həyata keçirilən bərpa və yenidən qurma işləri və bu xüsusda, Aİ-nin mümkün rolundan danışıb.

Avropa İttifaqının Komissarı Oliver Varhelyi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu və bu xüsusda, enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.

Görüşdə, həmçinin Ukraynada baş verən hadisələr, ölkədə böhranın aradan qaldırılması yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, tərəflər Avropa İttifaqı ilə əməkdaşlıq və gündəlikdə duran vacib məsələlərini qeyd etməklə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasına dair niyyətlərini ifadə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin