Təhsil naziri bu iki şəxsdən danışdı

Hazırda oxunan: Təhsil naziri bu iki şəxsdən danışdı

6431

"Başa çatmasına bir neçə gün qalan 2020-ci il ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə "Könüllülər ili" elan edilmişdi. Pandemiya şəraiti olmasına baxmayaraq, ölkəmizdə müxtəlif sahələrdə  könüllülük hərəkatı geniş vüsət aldı".

Bizim.Media xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində yazib.

Nazir bildirib ki, bu sırada Vətən Müharibəsində könüllü olaraq döyüşlərə qatılan müəllimlər kimi arxa cəbhədə övladlarımıza könüllü dərs deyən pedaqoqlarımız da olub:

"Bu ilin martından  teledərslərin hazırlanması prosesinə könüllü qatılan, gənclərə örnək olan müəllimlərdən ikisi barədə danışmaq istərdim. Müəllimlərimiz Nüşabə Məmmədova və Qita Veyseyskaya təqaüddə olmalarına baxmayaraq, könüllü şəkildə teledərslər vasitəsilə şagirdlərimizə dərs deyiblər. Özü də bu işi sevə-sevə, ürəklə, yüksək keyfiyyətlə görüblər.

Çətin vaxtlarda hər iki müəllimimiz sözün əsl mənasında fədakarlıq nümayiş etdiriblər.

Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif olunan hörmətli müəllimlərimizə dəyərli əməkləri, göstərdikləri səylər üçün bir daha  dərin təşəkkürümü bildirirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin