Ağ Partiyanın maliyyə hesabatı niyə gecikir? – Tural Abbaslıdan “5-ci kolon” İSMARICI

Hazırda oxunan: Ağ Partiyanın maliyyə hesabatı niyə gecikir? – Tural Abbaslıdan “5-ci kolon” İSMARICI

64300

Son rəsmi açıqlamaya görə, ölkəmizdə qeydiyyatda olan 58 partiyadan 14-ü 2021-ci il üçün maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.


Aprelin 1-nə kimi hesabatları təqdim etməli olan partiyaların sayı isə 44-dür. Həmin 44 siyasi təşkilatdan biri də Ağ Partiyadır.

Maliyyə hesabatının indiyə kimi təqdim edilməmə səbəblərini Bizim.Media ilə bölüşən Ağ Partiya başqanı Tural Abbaslı ləngimənin texniki səbəblərlə bağlı olduğunu qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Tural Abbaslıdan “Putinin yerində olsaydım, Ukraynanı işğal edərdim” açıqlamasına İZAH


“Aprelin 1-nə qədər maliyyə hesabatının təqdim olunmalıdır. Biz də həmin tarixə kimi hesabatı verəcəyik. Gizlədiləcək nəyimiz var ki? Sırf texniki məsələlərə görə bir qədər yubanmışıq, lakin son tarixə qədər hesabat təqdim olunacaq. Bizdə xərclər maksimum ofisin kirayə xərcləridir. Bizim nə gəlirimiz, nə xərcimiz var ki?”

Tural Abbaslı partiyalardan maliyyə hesabatlarının tələb olunmasını da doğru hesab etməyib:

“Amma ümumiyyətlə partiyaların bu qədər hesabatlılığının tələb olunmasının məntiqsiz olduğunu düşünürəm. Partiyalar qeyri-kommersiya təşkilatları sayılır. Biznes strukturu olmadığı üçün gəlir yoxdur. Gəlirlər sırf ianələrdən, üzvlük haqqı, yaxud da dövlətin parlamnetdə təmsil olunduğuna görə partiyalara ayırdığı maliyyədən yaranır”.

Partiya sədrinin sözlərinə görə, məsələ ilə bağlı qanunvericilikdə dəyişikliyə ehtiyac var: 

“Düşünürəm ki, yeni qanunvericilikdə maliyyə hesabatları yığışdırılmalıdır. Kimsə deyə bilər ki, maliyyə hesabatlarını aparırıq ki, partiyaların fəaliyyətindəki şəffaflıq təmin olunsun. Bunun üçün xüsusi xidmət orqanları var. Hər hansı bir partiya xarici kəşfiyyat orqanlarından, digər dövlətlərdən pul alsa, onu hesabatda göstərəcəkmi? Bildirəcəkmi ki, mən filan ölkədən pul alıb onun maraqlarını güdürəm, onun “5-ci kolonuyam”? Xeyr, təbii ki. 

Xüsusi xidmət orqanları zatən bunu nəzarətdə saxlayır və saxlamalıdırlar.  Onda bu nəyə xidmət edir? Bu nəzir qutularından vergi almağa bənzəyir.


Partiyalar dövlətin siyasi institutlarıdır və dövlətin təhlükəsizliyinin siyasi aspektdən təminatçılarıdır. Partiya dövlətin himayəsində olmalı olan strukturlardır amma bizdən hesabat tələb edirlər”. 

“Əgər bu şəffaflığa görədirsə, kimsə gedib hansısa agenturadan pul alıb, dostundan almış kimi təqdim edə bilərlər”, - deyə Tural Abbaslı fikirlərinə əlavə edib.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin