Makron Paşinyandan gileylənib: ''O niyə məni məlumatlandırmadı''

Hazırda oxunan: Makron Paşinyandan gileylənib: ''O niyə məni məlumatlandırmadı''

6428

Ermənistanın "Hraparak" qəzeti  Fransa prezidenti Emmanuel Makronun Baş nazir Nikol Paşinyana gileyindən bəhs edən məqalə yazıb.

Bizim.Media xəbər verir ki, Fransa prezidenti Paşinyanın üçtərəfli bəyanatı imzalaması barədə onu xəbərdar etməməsini sayqısızlıq əlaməti kimi qəbul edib.

“Noyabrın 9-da bəyanatın imzalanmasından bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron erməni icmasının nümayəndələrini qəbul edib. Nahar yeməyi zamanı maraqlı bir dialoq baş verib.

Makron  döyüşlər zamanı Baş nazirlə bir neçə dəfə əlaqə qurduğunu, ona dəstəyini təklif etdiyini deyib. O, hətta Paşinyana mesajlar yazdığını da xatırladıb. Paşinyan Makrona zamanında cavab verirmiş.

Lakin Baş nazir öz təşəbbüsü ilə bir dəfə də olsun onunla əlaqə saxlamayıb və heç bir şey istəməyib. 

Makron icma ilə görüşdə xüsusilə bir məsələni vurğulayıb. Bu da 9 noyabr tarixində sənədin imzalanmasından əvvəl, nə də heç olmasa ondan sonra Nikolun Makronla əlaqə saxlamaması və onu məlumatlandırmamasıdır.

Halbuki belə bir sənədi imzalamaq məcburiyyətində qaldığını və ya onun mənfi nəticələrini azaltmaq üçün nə edilə biləcəyini müzakirə etmək olardı.

Makron Nikolun ona qarşı sayğısızlığına görə belə deyib:

“Mən ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin prezidentiyəm, o niyə məni bu hadisə ilə bağlı məlumatlandırmadı? Niyə sənədin imzalanmasından əvvəl və ya sonra dəstək istəmədi?"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin