Qaqauziyanın rəhbəri İlham Əliyevə təşəkkür etdi - FOTO

Hazırda oxunan: Qaqauziyanın rəhbəri İlham Əliyevə təşəkkür etdi - FOTO

64250

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun rəhbəri İrina Vlax arasında görüş baş tutub.

Bizim.Media xəbər verir ki, görüş Türkiyədə, Antalya Diplomatiya Forumu çərçivəsində keçirilib.

İrina Vlax Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisinə aid olan Çadır-Lunqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə inşa etdirilən mədəni-maarif mərkəzinə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib.

Görüş zamanı tərəflər Ukraynada baş verən hadisələri və baş verənlərin sosial, iqtisadi və siyasi proseslərin inkişafına necə təsir edəcəyini müzakirə ediblər.

Görüşdə həmçinin enerji bazarında böhran və qeyri-sabitlik və iqtisadiyyatın bu seqmentində sabitliyin əldə edilməsi perspektivləri müzakirə edilib.

“Biz Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına göstərdikləri dəstəyə görə təşəkkür edirik. Qaqauziyada sosial-iqtisadi infrastrukturun lazımi inkişaf tempini və həyat səviyyəsinin yüksəlişini təmin etmək üçün bizim kifayət qədər daxili resurslarımız yoxdur.

Dünya gözlənilməzlik və qeyri-sabitlik zonasına daxil olub. Bu il inflyasiyanın, qiymət artımının və həyat səviyyəsinin aşağı düşməsinin təzyiqi altında keçəcək. Moldova da qonşu ölkədən görünməmiş qaçqın axını ilə üzləşib.
İqtisadiyyatımızın zəifliyi səbəbindən bütün çətinliklərin öhdəsindən gəlmək bizim üçün çətin olacaq. Bu il təhsil və səhiyyə sektorumuzu dəstəkləməkdə bizə kömək edə bilsəniz, sizə çox minnətdar olarıq, çünki qeyd etdiyim bu sahələr cəmiyyətimizin inkişafının əsaslarını təşkil edir”, – deyə İrina Vlax Ceyhun Bayramovla görüşdə qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin