Bir qrup sənətçi Şuşaya getdi - YENİLƏNİB 

Hazırda oxunan: Bir qrup sənətçi Şuşaya getdi - YENİLƏNİB 

6423

“Yeni ilə həsr olunan konsert proqramında sözləri Mircəlal Əliyevə aid olan “Yaşa Azərbaycan, Yaşa!” mahnısını oxuyacam. Bu mahnı “Heyratı" muğamı üstədir. Konsert proqramı isə bayram günü efirə gedəcək”.

Bunu Bizim Media-ya açıqlamasında Şuşada səfərdə olan xalq artisti Nəzakət Teymurova söyləyib.

“Bir kompazisiya hazırlamışıq. Konsert proqramında xalq artisti Nurəddin Mehdixanlı və “Xarı Bülbül” ansamblı mənimlə eyni səhnədə olacaq”.

Xalq artisti Şuşada olmaq sevincini bu sözlərlə dilə gətirib:

“Torpağı işğalda olan vətəndaş tam müstəqil ola bilməz. İlk dəfə özümü Şuşada tam müstəqil vətəndaş kimi hiss etdim”.


***

Xəbər verdiyimiz kimi bir qurup sənət adamları Şuşa şəhərinə yola düşüblər. Onlar artıq Şuşadadırlar. Sənətkarların ilk ziyarət etdikləri məkan isə Gövhər Ağa məscidi olub.

***

Bu gün səhər bir qrup sənət adamı Şuşaya yola düşüb.

Bizim.Media xəbər verir ki, sənətçilər arasında xalq artistləri Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Mehriban Zəki də var.

Mehriban Zəki Şuşaya yola düşərkən öz instaqram hesabında paylaşım edib. 
Xalq artisi Aygün Kazımova da səfərləri haqda maraqlı məlumat verib.

Gülşanə Mustafayeva, Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin