Yeni növ koronavirus infeksiyası (COVID-19) səbəbindən 2020-ci ildə keçirilməsi təxirə salınan Antalya Diplomatik Forumu (ADF) ötən il də daxil olmaqla artıq ikinci ildir ki, beynəlxalq səviyyəli problemlərin müzakirə məkanına çevrilib. Forum cəmi iki dəfə rəsmi dairələrə, beynəlxalq təşkilatlara, fikir və düşüncə ictimaiyyətinə ev sahibliyi etsə də böyük şöhrət qazanaraq özünə cəlbedicilik yarada bilib. Azərbaycan rəsmi şəxslər, hökumət nümayəndələri, siyasi partiyaların rəhbər şəxsləri, Milli Məclisin deputatları, ictimaiyyətin digər nümayəndələri ilə forumda təmsil olunur.
Bizim.Media xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan Forum yüksək təşkilatçılıqla ev sahibliyi missiyasına başlayıb.
“Diplomatiyanın yenidən qurulması” mövzusunda keçiriləcək Antalya Diplomatiya Forumu (ADF) bu gün martın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı ilə açılacaq.
Qeyd edək ki, martın 10-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında keçirilən üçtərəfli görüş Antalya Diplomatik Forumuna olan beynəlxalq diqqəti daha da artırıb.
Azərbaycanı Forumda təmsil edən nümayəndələr həm ayrı-ayrı panellərdə çıxışlar edərək, həm də ikitərəfli görüşlər əsasında ölkəmizin maraq və mənafelərini çatdıracaqlar.
Forumda təxminən otuzdan yuxarı ölkədən 350-yə yaxın media təmsilçisi çalışır. Media qurumlarına sərbəst fəaliyyət üçün bütün imkanlar yaradılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:43 / 11.03.2022
Antalya Diplomatik Forumu açılışa hazırdır - Ərdoğanın çıxışı ilə başlayacaq
Hazırda oxunan: Antalya Diplomatik Forumu açılışa hazırdır - Ərdoğanın çıxışı ilə başlayacaq
Hazırda oxunan: Antalya Diplomatik Forumu açılışa hazırdır - Ərdoğanın çıxışı ilə başlayacaq
64216
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.