Rusiyada helikopter qəzasında həlak olmuş azərbaycanlı jurnalist Müşfiq İbrahimov Quba şəhər qəbristanlığında torpağa tapşırılıb.
Bizim.Media xəbər verir ki, dəfn mərasimində mərhumun Rusiyadan gələn dostları, ailə üzvləri, yaxınları, Amsar kənd sakinləri iştirak edib.
*** 12:09
Martın 8-də Rusiyada helikopter qəzasında həlak olan 40 yaşlı azərbaycanlı jurnalist Müşfiq İbrahimovun cənazəsi artıq Azərbaycana - doğulduğu Quba rayonuna gətirilib.
Bizim.Media xəbər verir ki, mərhum bu gün saat 14-də Quba şəhər qəbristanlığında dəfn ediləcək.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada azərbaycanlı televiziya əməkdaşı təyyarə qəzasında öldü - FOTO
Qeyd edək ki, Müşfiq İbrahimov xeyli müddətdir Sankt-Peterburqda yaşayırdı.
3 uşaq atası olan 40 yaşlı Müşfiq martın 8-də helikopter uçuşu zamanı baş verən qəzada həyatını itirib.
Aytəkin Alxaslı, Bizim.Media