Rusiya müflis olacaqmı? - Dövlət Dumasının Komitə sədrindan AÇIQLAMA

Hazırda oxunan: Rusiya müflis olacaqmı? - Dövlət Dumasının Komitə sədrindan AÇIQLAMA

64195

Rusiyanın müflis (defolt) olması üçün heç bir iqtisadi ilkin şərt yoxdur, belə ssenarinin baş vermə ehtimalı son dərəcə aşağıdır. 

Bizim.Media xəbər verir ki, bunu Dövlət Dumasının Sənaye və Ticarət Komitəsinin sədri Vladimir Qutenev BVF-nin sədri Kristalina Georgiyevanın sözlərini şərh edərkən deyib.

Bundan əvvəl Georgiyeva ABŞ, Aİ və bir sıra digər ölkələrin ölkəyə tətbiq etdiyi sanksiyalara görə Rusiyanın defolt ehtimalını istisna etməyib.

Qutenevin sözlərinə görə, beynəlxalq hüququ pozaraq Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq edilib, hüquqi və fiziki şəxslərin, habelə dövlətin aktivləri dondurulub.

Deputatın nöqteyi-nəzərindən Rusiya tərəfi cari öhdəliklərini ödəməməklə adekvat cavab tədbirləri görə bilərdi.

“Yəqin ki, BVF rəhbərliyi də Rusiyaya qarşı psixoloji və iqtisadi mübarizəyə qoşulub. Bu isə ümumilikdə onlara şərəf gətirmir”, - deyə Qutenev bildirib.

2022-ci il yanvarın 1-nə Rusiya Federasiyasının xarici borcu, Mərkəzi Bankın məlumatına görə, 478,2 milyard dollar təşkil edib ki, bunun da 62,56 milyard dolları dövlət idarəetmə orqanlarının payına düşüb.

Bundan əvvəl Qərb ölkələri Ukraynada keçirilən xüsusi əməliyyatla əlaqədar yeni anti-Rusiya sanksiyaları tətbiq ediblər. Xüsusilə, Rusiya Federasiyasının bir neçə ən böyük bankı, o cümlədən Sberbank və VTB bu siyahıya düşüb. 

Avropa İttifaqı, ABŞ, Kanada və bir sıra digər ölkələr Rusiya təyyarələri üçün səmanı bağlayıb. Bir sıra dövlət şirkətləri xarici kapitalı cəlb etməkdə çətinlik çəkib. Rusiyaya yüksək texnologiyalı məhsulların tədarükünə qarşı sanksiyalar tətbiq edilib.
Bundan əlavə, martın 8-də ABŞ Rusiya neftinin, bir sıra neft məhsullarının, mayeləşdirilmiş təbii qazın və kömürün idxalına qadağa qoyub. Bunun ardınca Böyük Britaniya 2022-ci ilin sonuna kimi Rusiyadan neft və neft məhsullarının idxalını dayandıracağını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin