Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov haqqında yayılan ölüm xəbərlərini yalanlayıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Facebook” hesabında videomüraciət paylaşıb.
“Budur, raşizm mediası hər kəsə Arsen Avakovu Xarkovda bombalarla necə öldürdüklərini yazır və danışır.
Mən burda - Kiyevdəyəm. Əvvəlcə Putinin necə öldüyünü, bu üfunətli imperiyanın dağıldığını görmək istəyirəm. Ukrayna isə qalib gələcək və çiçəklənəcək! Belə də olacaq!” – deyə Avakov qeyd edib.
Xatırladaq ki, Arsen Avakovun Xarkov şəhərində öldürüldüyü iddia olunmuşdu.
Bildirilmişdi ki, Avakov bir neçə gün əvvəl rusiyalı hərbi qulluqçuların dəqiq zərbəsi nəticəsində dünyasını dəyişib.
Bizim.Media
- A-
- A
- A+
Region
18:03 / 10.03.2022
Bakı ermənisi Avakov ölüm xəbərini yalanladı - VİDEO
Hazırda oxunan: Bakı ermənisi Avakov ölüm xəbərini yalanladı - VİDEO
Hazırda oxunan: Bakı ermənisi Avakov ölüm xəbərini yalanladı - VİDEO
64103
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.