Universitetlərin Bakıdan çıxarılması nə üçün vacibdir? – Eks təhsil nazirinin CAVABI

Hazırda oxunan: Universitetlərin Bakıdan çıxarılması nə üçün vacibdir? – Eks təhsil nazirinin CAVABI

64089

Nazirlər Kabinetinin 2021-ci il üçün olan hesabatında Bakı şəhərində yerləşən ali məktəblərin və regional əhəmiyyətli tədris müassisələrinin ölkənin digər bölgələrinə köçürülməsi məsələsinə müvafiq hesablamalar aparıldıqdan və iqtisadi-siyasi əhəmiyyəti dəyərləndirildikdən sonra baxıla biləcəyi qeyd olunub.

Zaman-zaman gündəmə gələn universitetlərin kənar ərazilərə köçürülməsi ictimaiyyət arasında da geniş müzakirə olunan məsələlərdən biridir.

Sözügedən mövzuda Bizim.Media ilə fikirlərini bölüşən sabiq təhsil naziri Firudin Cəlilovun sözlərinə görə bu məsələ universitetlərin yerləşdiyi binalar tikilərkən nəzərə alınmalı idi.
 

MÖVZU İLƏ BAĞLI:

Eks təhsil nazirinin təhsildən 2022-ci il gözləntiləri – ÖZƏL AÇIQLAMA


Keçmiş nazir fikirlərinin davamında ilk növbədə rayonlarda peşə məktəblərinin sayının artırılmasının vacibliyini vurğulayıb:

“Çünki şəhər onsuz da sıxdır. Bütün universitetlər, peşə məktəbləri hamısı Bakıdadır. Bu cür olmamalıdır. Peşə məktəblərinin çoxunu rayonlara köçürmək lazımdır. Məsələn, niyə bir şəxs Qubadan Bakıya tikiş maşınında işləməyi öyrənmək üçün gəlməlidir? Yaxud Gəncədən gəlib Bakıda divara suvaq vurmağı öyrənməlidir? Elə yaşadıqları yerin yaxınlığında bunu öyrənə bilərlər. Rayonlarda da peşə məktəbləri var, lakin onların sayını artırmaq lazımdır”.

Firudin Cəlilov yalnız universitetlərin tədris binalarının kənar ərazilərə köçürülməsini də doğru hesab etməyib:

“Universitetlərin şəhər kənarında yerləşdirilməsi yaxşı fikirdir. Lakin bunun üçün universitet şəhərçiyi salmaq lazımdır. Universitet binası ilə yanaşı, yataqxanaların da olması vacibdir ki, tələbələrin gediş-gəlişinə çətinlik yaranmasın.

Hər şey infrasturukturun qurulmasından asılıdır. Müəllimlər və tələbələr üçün şərait yaradılmalıdır. Məsələn, müəllim Əhmədlidə yaşayırsa, Qaradağdakı universitetə gündəlik işə gedib gəlmək olar?”

Qeyd edək ki, inkişaf etmiş ölkələrin təcrübəsində nüfuzlu universitetlərin mütləq əksəriyyəti ayrıca şəhərçik formasında təşkil olunub. Yaradılan şərait tələbə və müəllimlərin yaşıyışı və fəaliyyəti üçün gündəlik tələbatlarını şəhərçik ərazisində ödəmələrinə imkan verir.
Bundan əlavə tələbələrin ailələrindən kənarda təhsillərinə davam etməsinin onların gələcək karyerasında müstəqil fəaliyyət göstərmələri üçün mühüm addım olduğu düşünülür.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin