Xalq artistinin oğlu atasının elə şəkillərini yaydı ki... – FOTO

Hazırda oxunan: Xalq artistinin oğlu atasının elə şəkillərini yaydı ki... – FOTO

64075

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruzun oğlu Cavidan Novruz, atası ilə birlikdə çıxış edəcəyi yeni tamaşadan olan fotolarını yayımlayıb.

Bizim Media xəbər verir ki, fotolar martın 13-də premyerası olacaq “Müqəddəs Filumena” tamaşasına aiddir.

Tamaşada vəkil Noçella obrazını ifa edəcək Cavidan Novruz, tərəf müqabili gənc aktrisa Fəridə Şahbazovaya təriflər yağdırıb.

Qeyd edək ki, Akademik Milli Dram Teatrında italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanan “Müqəddəs Filumena” tamaşasının son məşqləri gedir.

Eduardo de Filipponun 1946-cı ildə qələmə aldığı əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova çevirib.

Səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayevdir. 

Tamaşada baş rollarda Xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano) və Ramiz Novruz (Domeniko Soriano) çıxış edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin