"Azəristiliktəchizat"ın zərəri 14 milyonu ötdü

Hazırda oxunan: "Azəristiliktəchizat"ın zərəri 14 milyonu ötdü

64064

2021-ci ildə Azərbaycanda istilik enerjisi tariflərinin maya dəyərindən aşağı olması ilə əlaqədar ayrılmış subsidiya məbləği nəzərə alınmaqla "Azəristiliktəchizat" ASC-nin zərəri 14 145,3 min manat olub.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Ötən il yığım faizi 87,9 %, o cümlədən qeyri-əhali istehlakçıları üzrə 97,8 %, əhali istehlakçıları üzrə isə 74,2 % olub.

2021-ci ildə "Azəristiliktəchizat"ın istehsalat xərcləri 61 544,1 min manat təşkil edib ki, onun da 83,6 %-i Bakı, 16,4 %-i regional istilik təsərrüfatına aid olub.

Xərclərin tərkibində əsas yeri qaz 54,4 %, elektrik enerjisi 6,9 %, su və dizel yanacağı 2,1 %, alınan enerji 1 %, əməkhaqqı 19,4 %, DSMF-ə ayırmalar 4,7 % tutub. Ümumilikdə xərclərin 64,4 %-i enerjidaşıyıcılar, su və alınan enerji xərcləri təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin