Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektron qaydada həyata keçirilir.
ƏƏSMN-dan Bizim.Media-ya verilən xəbərə görə, 2022-ci ilin yanvar-fevral aylarında 88,3 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada aparılıb.
Onlardan 2,3 mini pensiya, 86 mini müavinət və təqaüd təyinatları olub.
Bununla da vətəndaşların həmin sosial təminat növlərinə hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:16 / 10.03.2022
Elektron qaydada aparılan pensiya təyinatlarının sayı açıqlandı
Hazırda oxunan: Elektron qaydada aparılan pensiya təyinatlarının sayı açıqlandı
Hazırda oxunan: Elektron qaydada aparılan pensiya təyinatlarının sayı açıqlandı
64059
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.