Azərbaycana yeridilən TƏHLÜKƏ: “E910 E920 E921 L-Sistein” – Bu kod altında nə gizlədilir? 

Hazırda oxunan: Azərbaycana yeridilən TƏHLÜKƏ: “E910 E920 E921 L-Sistein” – Bu kod altında nə gizlədilir? 

64048

İnsanların sağlam, uzunömürlü və keyfiyyətli həyat yaşamaları üçün sağlam qidalanma və sağlam həyat tərzi çox mühümdür. Qida təhlükəsizliyinin özündə birləşdirdiyi bu məsələlər müasir dünyamızın əsas mövzusudur.

Ölkəmizdə isə mövcud olan qida təhlükəsizliyi problemləri “trans yağ”, quş əti məhsullarında salmonella və çiy süd və süd məhsullarında “Brucella” kimi bakteriyalarla müşahidə olunub.

Qida üzrə baş mütəxəssis Ağa Salamov Bizim.Media-ya açıqlamasında qida təhlükəsizliyi probleminin daha çox ölkəyə xaricdən idxal olunan məhsullarda sezildiyini bildirib:

“Bir qayda olaraq, qida təhlükəsizliyi anlayışı insanların qidaya olan ehtiyaclarını, o cümlədən onları həm fiziki, həm də iqtisadi baxımdan əldə edə bilmək imkanını özündə ehtiva edir. Hazırda bir çox insan kənd həyatını şəhərə dəyişməyə can atdığı üçün torpaq, əkin sahələri boş qalır. Bununla da yerli qidaların istehsalı zəifləyir.

MÖVZU İLƏ BAĞLI:

Qida Təhlükəsizliyi Reyestri yaradılır - Xüsusi təyinatlı qida məhsullarına bunlar aiddir


Nəticədə xaricdən gətirilmiş mənşəyi, keyfiyyəti məlum olmayan məhsulları almağa və yeməyə məcbur qalırıq. Həmin məhsullardan biri də böyükdən-kiçiyə hər kəsin sevərək yediyi burger çörəyi və ətidir.

Burger çörəklərinin uzunmüddətli qalması həmçinin formasının deformasiyaya uğramaması üçün tərkibinə “E910 E920 E921 L-Sistein” deyilən maddəni qatırlar. Hansıki bu maddə donuz, quş tükündən və müəyyən heyanların buynuzundan hazırlanır”.

Ekspertin sözlərinə görə, kənd təsərrüfatının inkişafına üstünlük verilməlidir:

“Ölkədə də kimyəvi maddələri, qidaların tərkibini yoxlayan böyük labaratoriyalar olmalıdır ki, onun təhlükəsizliyini, insan sağlamlığına nə dərəcə faydalı olduğunu müəyyən etmək olsun. Xaricdən idxal olunan ət məhsullarının da keyfiyyəti müəmmalıdır. İlkin olaraq komissiya tərəfindən məhsulun gətirildiyi yerə baxış keçirilməlidir.

Məhsulun istehsal prosesi, məkanı və gigiyenik qaydalara riayət olunma məsələlərinə diqqət yetirilməlidir. Meyvə-tərəvəzlər üçün də bu yoxlamalar keçərlidir. Ona görə də yerli məhsulların istehsalının artırılmasına, kənd təsərrüfatının inkişafına maraq göstərməliyik”. 

Qida Təhlükəsizliyi Agentliyi isə bildirir ki, “Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” qəbul olunub.

Bu proqram çərçivəsində qidaların sanitar və təhlükəsizliyinə nəzarət olunur.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin