Azərbaycanda 12 tammetrajlı film ilkin qalib kimi seçildi – ADLAR 

Hazırda oxunan: Azərbaycanda 12 tammetrajlı film ilkin qalib kimi seçildi – ADLAR 

64041

Mədəniyyət Nazirliyinin 2021-ci ilin dekabr ayında elan etdiyi “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinin bədii seçim mərhələsi yekunlaşıb.

Bizim Media xəbər verir ki, müsabiqəyə ümumilikdə 45 layihə təqdim edilib.

Münsiflər heyətinin müzakirələri və qiymətləndirməsi nəticəsində 45 layihədən 12-i növbəti mərhələyə - “pitçinq” mərhələsinə buraxılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qısametrajlı filmlər müsabiqəsinə start verilib – ŞƏRTLƏR


Pitçinq mərhələsinə keçən layihələr:



Müsabiqənin pitçinq mərhələsi 18 mart 2022-ci ildə saat 11.00-dan etibarən Dövlət Film Fondunda keçiriləcək. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, İştirakçılar layihələrini açıq Pitçinqdə təqdim edəcəklər. Müsabiqənin Pitçinq mərhələsi canlı yayım formasında Dövlət Film Fondunun rəsmi “Youtube” kanalında ictimaiyyətə nümayiş etdiriləcək. Müsabiqənin qalibləri pitçinqdən sonra Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.culture.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək.

Müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə keçirilir.

Qeyd edək ki, hər qalib layihəyə ən çox 100.000 (yüz min) manata qədər maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Müsabiqənin ümumi dəstək fondu 300.000 (üç yüz min) manat təşkil edir.

Müsabiqənin münsiflər heyətinin sədri Oleq Səfərəliyev, münsiflər heyətinin üzvləri İlqar Fəhmi, Mehrban Ələkbərzadə, Asif Rüstəmov, Şamil Süleymanov, Nadir Əliyev, Hacıbala Səfərovdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin