Rusiya MN Ukraynanın itkilərini açıqladı

Hazırda oxunan: Rusiya MN Ukraynanın itkilərini açıqladı

64014

Xüsusi əməliyyat başlayandan bəri Rusiya silahlı qüvvələri Ukraynada 2900-dən çox hərbi infrastruktur obyektini məhv edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın itkiləri AÇIQLANDI


Onun sözlərinə görə, Ukraynanın hərbi infrastrukturuna zərbələr davam edir:

"Əməliyyat zamanı ümumilikdə Ukraynanın 2911 hərbi infrastruktur obyekti məhv edilib. Onlar arasında 97 təyyarə, 107 pilotsuz uçuş aparatı, 141 hava hücumundan müdafiə sistemləri və zenit-raket kompleksi, 86 radiolakasiya stansiyası postu, 986 tank və digər zirehli döyüş maşını, 107 reaktiv yaylım atəşi sistemi, 368 artilleriya və minaatan qurğusu, 749 ədəd xüsusi təyinatlı hərbi maşın var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin