Avropa Liqasında 5 oyun: "Qalatasaray" "Barselona" ilə qarşılaşır

Hazırda oxunan: Avropa Liqasında 5 oyun: "Qalatasaray" "Barselona" ilə qarşılaşır

63979

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin daha 5 ilk oyunu keçiriləcək.

Bizim.Media-nın məlumatına görə, günün ilk matçında İspaniyanın "Sevilya" və İngiltərənin "Vest Hem" komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Digər 4 görüş isə 00:00-da start götürəcək. Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniyada "Barselona"nın qonağı olacaq.

Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutmalıdır. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.

İlk oyun günündə Fransa "Lion"u Portuqaliyada "Portu"nu 1:0, Almaniya "Ayntraxt"ı isə İspaniyada "Betis"i 2:1 hesabı ilə məğlub edib.

Avropa Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

10 mart

21:45. "Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə)

00:00. "Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya)

00:00. "Braqa" (Portuqaliya) - "Monako" (Fransa)

00:00. "Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)

00:00. "Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə)

Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin