Müharibəni sevən BÜRCLƏR – Onlar asanlıqla döyüşə qatıla bilərlər

Hazırda oxunan: Müharibəni sevən BÜRCLƏR – Onlar asanlıqla döyüşə qatıla bilərlər

63890

Müharibələr diplomatik çarələrin tükəndiyi vaxtda ortaya çıxan reallıq kimi qəbul olunsa da, bəziləri üçün bu heç də belə deyil.

Bizim.Media xəbər verir ki, astroloqların araşdırmaları bəzi bürclərin savaşı digər variantlardan ön plana çıxardığını göstərir.

Döyüşməyi sevən bürclərin siyahısını təqdim edirik:

1. Əqrəb 

Əqrəblər dost olmayan davranışlara cavab verməyə hər zaman hazırdırlar. Ona görə də zamanından və səbəbindən asılı olmayaraq bu bürcün nümayəndələri “sancmağı” yaxşı bacarırlar. Lakin onlar ağıllıdırlar, buna görə də zərbəni harada vurmaq lazım olduğunu yaxşı bilirlər. İntuisiya onlara həssas nöqtələri asanlıqla tapmağa, eyni zamanda döyüşlərdə asanlıqla ön plana çıxmağa imkan yaradır.  

2. Qoç 

Qoçlar od ünsürləridir və onları müharibə tanrısının özü himayə edir. Gözlənilməz, güclü rəqabət ruhu ilə Qoç döyüşdə qalib gəlmək üçün əlindən gələni edəcək. Qarşılarına məqsəd qoyduqda əxlaqi normalar belə onlar üçün əhəmiyyət kəsb etmir. Qoçlar düşmənlərinə qarşı amansız rəftardan belə çəkinmirlər.

3. Oxatan 

Oxatanlar xarakterinə görə döyüşkəndirlər, səbəbsiz deyil ki, bu bürcün simvolu əlində yay və ox tutmuş kentavrdır. Bu mənada, oxatanlar ən çox ədalət üçün mübarizə aparır və öz maraqlarını arxa plana qoyaraq təhqir olunanları qoruyurlar. Bununla belə, lazım gələrsə onlar öz maraqları üçün də ayağa qalxa bilərlər.

4. Şir 

Dəmir iradəsi ilə seçilən, od ünsürünün nümayəndələri olan şirlər də problemləri savaşla həll etməyə meyillidirlər. Onlar təslim olmur, çünki alçaldılmanın dəhşətini yaşamaq istəmirlər. Heç vaxt məğlubiyyəti, hətta bərabərliyi belə qəbul etmir, sona qədər döyüşməməyi qürurlarına sığdırmağı bacarmırlar.

5. Buğa 

Buğalar adətən sakit təbiətli insanlar kimi görülsələr də, asanlıqla özlərindən çıxırlar. Xüsusilə də, tapdanan onların quyruqlarıdırsa, buğalar ən sərt formada cavab verməkdən çəkinmirlər. Onların müharibəni sevmələrinin səbəbi də məhz bundan qaynaqlanır. Buğalar özlərinə qarşı təhdid hiss etdikdə ən uyğun cavab variantının döyüşmək olduğuna qənaət gətirirlər.  

6. Xərçəng 

Xərçənglər döyüşlərdə kobud davranışları ilə seçilirlər. Əgər onların qohumları və ya dostları hədəf seçilibsə, xərçəngləri müharibədən heç kim saxlaya bilməz. Onların duyğularına böyük önəm verməsi, sevdiklərinə qarşı təhdid halında müqavimət göstərməyi zəruri edir. Xərçənglər qəbul etdikləri dəyərləri də sona qədər müdafiə edirlər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin