Əsir düşən rus əsgəri: “Bizə mülki şəxslərə atəş açmağa icazə verildi” - VİDEO

Hazırda oxunan: Əsir düşən rus əsgəri: “Bizə mülki şəxslərə atəş açmağa icazə verildi” - VİDEO

63851

Ukraynada əsir düşən rus əsgərlərindən biri digər həmkarlarının (əsir düşən) dediyi kimi təlimlərə yox, Xarkovu tutmağa hazırlaşdığını etiraf edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən yayımlanan videoda danışıb.

Hərbçinin sözlərinə görə, komandanlıq üç günə Xarkovun alınmasını əmr edib.

“Xakov şəhərini tutmaq, bütün əsas yolları, mülki əhalinin çıxışlarını bağlamaq əmri var idi. Mülki əhaliyə və şəhərin bütün sakinlərinə atəş açmaq üçün də icazə verilmişdi", deyə Rusiya Silahlı Qüvvələrinin taqım komandiri etiraf edib.

Əsirin sözlərinə görə, onun bütün şəxsi heyəti öldürülüb. Yalnız o və bir əsgər sağ qalıb. Hər ikisi təslim olub.

Hərbçinin sözlərinə görə, Xarkovdan sonra onlar yeni şəhərləri tutaraq Ukraynanın dərinliklərinə getməli idilər. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin