Ötən il 101 milyon manatlıq əmlakların üzərinə həbs qoyulub - KORRUPSİYA CİNAYƏTLƏRİ

Hazırda oxunan: Ötən il 101 milyon manatlıq əmlakların üzərinə həbs qoyulub - KORRUPSİYA CİNAYƏTLƏRİ

63830

Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri üzrə vurulan ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə 2021-ci il ərzində istintaqı başa çatdırılan işlər üzrə 101 373 006 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Qeyd edilib ki, müvafiq dövr ərzində korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarənin fəaliyyətinin və antikorrupsiya qanunvericiliyinin takmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.

Belə ki, Baş İdarənin fəaliyyəti ilə bilavasitə əlaqədar olan müxtəlif normativ hüquqi akt layihələrinə dair rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin